Bakı məktəblərində kağız jurnallar LƏĞV EDİLİR

Bakı məktəblərində kağız jurnallar LƏĞV EDİLİR

Hazırda oxunan: Bakı məktəblərində kağız jurnallar LƏĞV EDİLİR
268679
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün proseslər yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq”.

Bizim.Media “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında deyib.
 

Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98%-i, müəllimlərin isə 93%-i platformada qeydiyyatdan keçib. Bu həftənin sonunadək bütün direktor və müəllimlərin qeydiyyatının tam başa çatdırılması ilə bağlı tapşırıq verilib.


Fidan Nəcəfova əlavə edib ki, məktəb direktorları üçün platformadan qeydiyyat və öhdəliklərlə bağlı təlimlər təşkil olunacaq. Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək.

O həmçinin qeyd edib ki, hazırda valideynlərin qeydiyyat göstəricisi 62–65% civarındadır. Bu göstəricinin yüksəldilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO