“15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”

“15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”

Hazırda oxunan: “15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”
268479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır. Şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev sosial şəbəkə hesabında yazıb.

“Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə işlərin daha da sürətlənməsinə və 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”, - deyə deputat əlavə edib.

“15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq” - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO