Cabir Məmmədov vəfat etdi

Cabir Məmmədov vəfat etdi

Hazırda oxunan: Cabir Məmmədov vəfat etdi
268014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar həkim Cabir Məmmədov vəfat edib.

Bizim.Media xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Xatırladaq ki, tanınmış ürək həkimini yanvar ayında avtomobil vurmuşdu.
 

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Cabir İsrafil oğlu Məmmədov 1950-ci ildə anadan olub. O, 1984-1985-ci illərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim kimi çalışıb, 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023-cü illər ərzində Ümumi Terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.


1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilən C.Məmmədov, 2018-ci ildə Prezidentin Sərəncamına əsasən "Əməkdar həkim" fəxri adına layiq görülüb. C.Məmmədov "MÜSİAD Azərbaycan" İdarə Heyətinin sədri Rəşad Cabirlinin atasıdır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO