Qərbi Azərbaycan İcmasında YENİ TƏYİNAT

Qərbi Azərbaycan İcmasında YENİ TƏYİNAT

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasında YENİ TƏYİNAT
267839
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Zəfər Qurbanov Qərbi Azərbaycan İcması (QAİ) rəhbərliyinin müvafiq əmri ilə İcmanın Gəncə şəhəri üzrə nümayəndəsi təyin olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Zəfər Qurbanov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr və magistr səviyyələri üzrə məzunu, Texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

Həmçinin, O Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” ixtisasının və Dyuk Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə məzunudur. O, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Zəfər Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2023-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2010-cu il tarixli Sərəncamı ilə təhsilin inkişafı, təhsil işçilərinin sosial problemlərinin həlli sahəsindəki səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı və Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Heydər Əliyevin 100 illik yubiley medalı (1923–2003)” ilə təltif olunub.

O həmçinin Türkiyənin Ege Universitetinin “Fəxri doktor”dur.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO