
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 20.08.2025
1 dəq oxunma
Naxçıvanda 24 restoran və kafenin fəaliyyəti məhdudlaşdırıldı – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Naxçıvanda 24 restoran və kafenin fəaliyyəti məhdudlaşdırıldı – RƏSMİ AÇIQLAMA
266126
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Naxçıvanda ictimai iaşə obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində bir sıra restoran və kafelərin fəaliyyəti dayandırılıb.
Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlərin əsas səbəbi sanitar-gigiyenik qaydaların pozulması və qida təhlükəsizliyi ilə bağlı texniki normativ-hüquqi aktların tələblərinin yerinə yetirilməməsi olub:
“Naxçıvan Muxtar Respublikasında bu ilin 7 ayı ərzində 24 ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb. Agentliyin açıqlamasına görə, aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektlərin fəaliyyətinə yenidən icazə verilib”, - deyə diqqətə çatdırılıb.
Aygün Hüseyn, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































