Doğum haqqında şəhadətnaməsini 64 il sonra aldı

Doğum haqqında şəhadətnaməsini 64 il sonra aldı

Hazırda oxunan: Doğum haqqında şəhadətnaməsini 64 il sonra aldı
266113
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

1961-ci ildə dünyaya gələn şəxsə 64 il sonra doğum haqqında şəhadətnamə verilib.

Bizim.Media “Trend.az”a istinadən xəbər verir ki, bununla bağlı Ağcabədi rayon Məhkəməsi qərar verib.

Belə ki, ərizəçi məhkəməyə müraciət edərək 1961-ci tarixdə Xocavənd rayonu, Qurapatkin kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edib.
 

Ərizəçi qeyd edib ki, şəxsiyyət vəsiqəsi olsa da, valideynləri ona doğum haqqında şəhadətnamə almayıblar. Doğum haqqında şəhadətnaməsi olmadığından digər sənədlərin əldə edilməsində çətinliklə rastlaşır.


O, məhkəməyə iddia ərizəsinin dəqiqləşdirlməsi barədə ərizə göndərərək, doğulduğu yeri Ağcabədi rayonunun Üzeyirkənd kəndi kimi yazılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə ərizəçinin 1961-ci tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində doğulması faktı müəyyən edilib. Doğum haqqında şəhadətnamənin verilməsi maraqlı şəxsə həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO