Bu qrup üzrə təhsil haqları ARTDI

Bu qrup üzrə təhsil haqları ARTDI

Hazırda oxunan: Bu qrup üzrə təhsil haqları ARTDI
264690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025–2026-cı tədris ilində III ixtisas qrupu üzrə bir sıra universitetlərdə illik təhsil haqları 100–400 manat aralığında artıb.

Bizim.Media-nın “Teleqraf.az”a istinadən məlumatına görə, Bakı Dövlət Universitetində bəzi ixtisaslarda ödəniş 2400 və 3200 manata, Azərbaycan Dövlət Pedaqoji Universitetində 2400 manata, Azərbaycan Dillər Universitetində 2500 manata, Bakı Slavyan Universitetində isə 2000 manata yüksəlib.
 

ADA Universitetində (6000 manat) və Azərbaycan Dövlət İdarəçilik Akademiyasında (2500 manat) qiymətlər dəyişməyib.


Digər dövlət və özəl universitetlərdə də artım qeydə alınıb.

Bu qrup üzrə təhsil haqları artırılan ixtisaslar Politologiya, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Filologiya (ərəb, fars, türk dilləri), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, həmçinin Beynəlxalq münasibətlərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO