DİM bu gün daha bir imtahan KEÇİRƏCƏK

DİM bu gün daha bir imtahan KEÇİRƏCƏK

Hazırda oxunan: DİM bu gün daha bir imtahan KEÇİRƏCƏK
264379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan vermək üçün 984 nəfər müraciət edib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
 

Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:


- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvanda 5 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 90 nəzarətçi, 15 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO