Qatilinə “Salam, qardaş” dedi müsəlman...xa0

Qatilinə “Salam, qardaş” dedi müsəlman...xa0

Hazırda oxunan: Qatilinə “Salam, qardaş” dedi müsəlman...xa0

263387
xa0
Bir nəfər Allaha dua edirmiş: “İlahi, bəlanı da mərd insanlara ver”. Bu duanın səbəbini soruşduqda, cavabında deyib: “Mərd insan ona gələn bəlanı da kişi kimi çəkəcək. Amma Allah eləməsin, birdən bəla namərd insana gəlsə, onun nə edəcəyini heç kəs bilməz”. Nədənsə Yeni Zelandiya faciəsi bu mövzunu xatırltdı. İllərlə aparılan islamofobiya təbliğatları, özünü çox namərdcəsinə biruzə verdi.
xa0
Ermənilər hələ Azərbaycanda yaşadığı dövrlərdə belə, türkü düşmən bilməkdən uzaq durmadılar. Babaları, nənələri söylədiyi nağıllarda uşaqların qəlblərində müsəlmanlara kin bəsləməyi becərdilər. Bu gün Xocalı vəhşiliyinin kökündə həmin o, illərlə saxlanılan kin-küdurət durur...
xa0
Yeni Zelandiyada olan terror hadisəsi bizə bir çox həqiqətləri xatrılatdı. İstanbulda olan Ayasofiyanı unutmayan və o məğlubiyyəti hələ də həzm etməyən bir beyinlərlə üzbəüz qalmışıq. Heç bir günahı olmayan, eyni zamanda eyni ölkədə yaşadığı 50 insanı gözünü qırpmadan qətlə yetirmək – sadəcə sözün bitdiyi yerdir. Qatilin ilk öldürdüyü şəxsin son sözü – öz qatilinə “Salam, qardaş” sözü idi.
xa0
Bu cür canilər bizə məadın olmasına olan əminliyimizi artırır. Uşaq, qoca bilmədən 50 insan öldürmüş şəxsə, bu dünyada hansı cəza verilə bilər ki, qarşılığı olsun? Bu cür insanlar mütləq Allahın Əl-Qəhhar adı ilə üzbəüz qalmalıdılar.

Allah Təala Qurani-Kərimdə buyurur: “Onlara cəhənnəm bəs edər”. Eyni zamanda artıq bu cür mövzular qarşıya çıxdıqda, Zəmanə Sahibinin (ə.f) zühurunun təcil olmasını istəyirsən. Çünki, dünyanın hər bir yerində müsəlmanlara olan zülmlərin həlli üçün yalnız İlahi zəfər lazımdır.
xa0
Mətləb Həmzəli, «Dəyərlər»xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO