Azərbaycanda məktəblilərə pulsuz süd veriləcək?

Azərbaycanda məktəblilərə pulsuz süd veriləcək?

Hazırda oxunan: Azərbaycanda məktəblilərə pulsuz süd veriləcək?
262425
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir çox xarici ölkələrdə məktəblərdə uşaqlara hər gün pulsuz şəkildə süd paylanılır.

Bu həm onların sağlam böyüməsi, həm də gündəlik qidalanmasının dəstəklənməsi baxımından vacib hesab olunur.

Azərbaycanda da illər əvvəl məktəblilərə süd verilməsi ideyası müzakirəyə çıxarılmışdı, lakin bu təşəbbüs gerçəkləşmədi.

Bəs bunun gerçəkləşməsi üçün hansı addımlar atılmalıdır?

Bizim.Media xəbər verir ki, bu mövzuda “Cebheinfo.az”-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, məktəblərdə uşaqlara hər gün pulsuz şəkildə süd verilməsi yaxşı olardı, amma hər şeydən əvvəl uşaqlara yaxşı bilik verilməlidir:
 

“Məktəblilərə süd paylanması məsələsi Avropa ölkələri və Türkiyədə normativ addım kimi qiymətləndirilir. Bizdə də məktəblilərə süd verilməsi təbii ki, yaxşı olardı. Amma bu məsələ ilə bağlı bəzi tənzimlənmələr həyata keçirilməlidir.


Həmçinin, bir sıra texniki məsələlər də həll edilməlidir. Fikrimcə, məktəblilərə süddən öncə yaxşı bilik vermək lazımdır. Yəni bizdə süd çatışmazlığı hələ o qədər diqqət cəlb etmir.

Yaxşı bilik verdikdən sonra, süd barədə danışmaq doğru olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO