Təyyarə qəzasında Abdullayeva soyadlı sahibkar qadın da HƏLAK OLDU - FOTO

Təyyarə qəzasında Abdullayeva soyadlı sahibkar qadın da HƏLAK OLDU - FOTO

Hazırda oxunan: Təyyarə qəzasında Abdullayeva soyadlı sahibkar qadın da HƏLAK OLDU - FOTO
261465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin daha bir qurbanı 50 yaşlı Yelena Abdullayevadır. Onun iki yetkin yaşda qızı qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “russian.rt.com” saytı yazıb.

Mənbə qeyd edir ki, Yelena Tındada restoran sahəsi və ticarətlə məşğul olurdu. Onun həyat yoldaşı RT ilə söhbətində faciəni təsdiqləyib: “Bəli, bu, mənim həyat yoldaşımdır, həlak olub”.

Qeyd edək ki, təyyarə Tındadan təxminən 15 km aralıda yerə çırpılıb. Aviaqəza zamanı daha bir faciə baş verib. Həlak olanlar arasında həkim ailəsi də var: Qalina və Aleksey Naydyonovlar.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qəzada ümumilikdə 49 nəfər həyatını itirib, 43 sərnişin və 6 ekipaj üzvü.

Təyyarə qəzasında Abdullayeva soyadlı sahibkar qadın da HƏLAK OLDU - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO