BİZİM TƏQVİM: 4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 iyulda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 4 iyulda baş vermiş tarixi hadisələr
258008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyada ilk dəfə 1973-cü ilin bu günündə  ATM (Bank ATM) üçün patent alınıb.

Bəs, iyulun 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 1776-cı ilin bu günündə ABŞ Konqresi ölkənin Britaniyadan müstəqilliyini elan edib. 

2. 4 iyul 1827-ci ildə Nyu-Yorkda köləlik ləğv edilib.

3. 1848-ci ilin bu günüdə  Karl Marks və Fridrix Engelsin yazdığı Kommunist Partiyasının manifesti nəşr edilib. 

4. 4 iyul 1865-ci ildə "Alisa möcüzələr ölkəsində" əsəri ilk dəfə nəşr edilib. 1876-cı ilin 4 iyulunda San-Fransiskoda dünyada ilk dəfə olaraq elektrotexniki avadanlıqlar sərgisi açılıb. Elektrik işığı ilk dəfə bu sərgidə nümayiş etdirilib.

5. 4 iyul 1918-ci ildə  Osmanlı sultanı VI Mehmed taxta çıxıb. 

6. 1932-ci ilin 4 iyulunda Türkiyədə dövrün daxili işlər naziri Şükrü Kaya avtomobillə Ankaradan İstanbula gedən ilk adam oldu.

7. Amerika Birləşmiş Ştatları 1946-cı ilin 4 iyul tarixində - öz milli bayramı günü Manilada imzalanan müqaviləyə əsasən Filippinə tam müstəqillik verib.

4 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1546-cı ilin bu günü Osmanlı sultanı III Murad dünyaya gəlib. O, 1574-1595-ci illər arasında 21 il hökm sürüb.

2. 4 iyulda Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd şah öz yaxın adamları tərəfindən Şuşada qətlə yetirilib (1741-1797).

3. İtaliyanın xalq qəhrəmanı Cüzeppe Haribaldi 1807-ci ilin bu günü anadan olub.

4. 4 iyul Azərbaycanın ilk bəstəkar qadınlarından olan Ağabacı Rzayevanın xatirə günüdür. Bakı Konservatoriyasında oxuyan, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylidən dərs alan A.Rzayevanın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur (1912-1975).

5. Radium elementini kəşf edən, 2 dəfə Nobel fizika mükafatını qazanan polyak mənşəli Fransa fiziki Mariya Küri 1934-cü ilin 4 iyulunda dünyasını dəyişib.

6. 4 iyul 1994-cü ildə Türkiyənin Yunanıstandakı Səfirliyinin müşaviri Ömər Haluk Sipahioğlu Afinada uğradığı silahlı hücum nəticəsində şəhid oldu.

7. Azərbaycan hərbçisi, Milli Qəhrəman Tabil Həsənov 4 iyul 1960-cı ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO