Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO

Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO

Hazırda oxunan: Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO
256605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə ağır qəzada xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gülüstan qəsəbəsində, Göygöl rayonu istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Ford Fusion” markalı avtomobilin toqquşması zamanı “Ford Fusion” markalı avtomobilin sürücüsü, 1999-cü il təvəllüldü R.Qasımov, VAZ 2106-nın sürücüsü V.Məmmədov, sərnişinləri - 1967-ci il təvəllüdlü R.Əhmədova, 1991-ci il təvəllüdlü Z.Heydərov və 1985-ci il təvəllüdlü M.Eyyubova xəstəxanaya yerləşdiriliblər.

İlkin versiyaya görə, “VAZ”da olan sərnişinlər Şəmkir rayonu Sabirkənd kənd sakinləri olan müəllimlərdir və onlar Gəncə şəhərinə sertifikasiya imtahanında iştirak etmək üçün gəliblərmiş.

Faktla bağlı araşdırma aparılır.

15:07

Gəncədə xəsarətlə nəticələnən ağır qol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Gülüstan qəsəbəsində Göygöl istiqamətinə hərəkətdə olan VAZ 2106 markalı minik maşını ilə “Ford FUSİON” markalı avtomobilin toqquşması zamanı 5 nəfərin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırıldığı bildirlir.

Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO - foto 1
Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO - foto 2
Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO - foto 3
Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO - foto 4
Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO - foto 5
Gəncəyə imtahana gedən müəllimlər QƏZAYA düşdülər: 5 nəfər xəsarət aldı – YENİLƏNİB – VİDEO - foto 6


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO