Fit görünmək uğrunda ölüm riski – Mütəxəssisdən XƏBƏRDARLIQ

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Fit görünmək uğrunda ölüm riski – Mütəxəssisdən XƏBƏRDARLIQ
255647
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son dövrlərdə idmanla məşğul olan gənclər arasında zülal tərkibli qida əlavələrinə xüsusilə protein tozlarına maraq artıb. Lakin daha tez nəticə əldə etmək arzusu bəzən ciddi sağlamlıq riskləri ilə müşayiət olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu tip əlavələrin düzgün istifadə olunmaması həyat üçün təhlükəli fəsadlara yol aça bilər.

Bizim.Media xəbər verir ki, qastroenteroloq professor Vedat Göral xəbərdarlıq edir ki, bu məhsullar yanlış və nəzarətsiz istifadə olunduqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, protein tozlarının bəzi tərkib hissələri qaraciyər funksiyalarını poza, qaraciyər çatışmazlığı, siroz və hətta orqan transplantasiyasına qədər ağır fəsadlara yol aça bilər.

Alkoqolla birlikdə istifadə edildikdə isə risk daha da artır. Bundan əlavə, bu məhsullar böyrəklərə ziyan vurur, ürək problemlərinə və hətta ölüm hallarına gətirib çıxara bilər.

Uzun müddət və yüksək dozada istifadə xüsusilə təhlükəlidir. Professor Göral protein tozlarını yalnız həkim məsləhəti ilə və düzgün dozada qəbul etməyi tövsiyə edir. Onun sözlərinə görə, sağlam zülal mənbəyi kimi yumurta, ət, balıq və pendirə üstünlük vermək daha məqsədəuyğundur. (milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO