Dövlət xidmətinin sabiq əməkdaşlarına HÖKM OXUNDU

Dövlət xidmətinin sabiq əməkdaşlarına HÖKM OXUNDU

Hazırda oxunan: Dövlət xidmətinin sabiq əməkdaşlarına HÖKM OXUNDU
254598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin rüşvət almaqda təqsirləndirilən sabiq müdiri Sadiq Salmanov, həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Rəşad Mahmudov və Mərkəzin sabiq direktor müavini İlqar Davudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Sadiq Salmanov 9 il, Rəşad Mahmudov 8 il 6 ay, İlqar Davudov 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sadiq Salmanov və Rəşad Mahmudov ötən ilin noyabr ayında saxlanılıb. İlqar Davudov isə istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sadiq Salmanov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddələri, digər iki şəxs isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ittiham edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO