Naxçıvanda oğul anasını bu səbəbdən ÖLDÜRÜBMÜŞ – ÖZƏL TƏFƏRRÜAT

Naxçıvanda oğul anasını bu səbəbdən ÖLDÜRÜBMÜŞ – ÖZƏL TƏFƏRRÜAT

Hazırda oxunan: Naxçıvanda oğul anasını bu səbəbdən ÖLDÜRÜBMÜŞ – ÖZƏL TƏFƏRRÜAT
253188
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Babək rayonunda ailə faciəsi yaşanıb. 24 yaşlı oğlan anasını qətlə yetirib. Hadisə rayonun Şəkərabad kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Leyla Qoçəliyeva oğlu Nihad Qoçəliyev tərəfindən öldürülüb. 

Rayon sakinlərindən biri Bizim.Media-ya hadisənin təfərrüatlarını danışıb. O, qətlin qısqanclıq zəminində baş verdiyini deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Babək rayonunda AİLƏ FACİƏSİ: 24 yaşlı oğlan anasını öldürdü


“Cinayəti törədən Nihad Qoçəliyev və mərhum anası hər ikisi hərbi sahədə çalışıblar. Hadisə günü Nihad evə gələndə anasının telefonunda kiminləsə yazışdığını görüb və qəzəblənərək ona ürək nahiyəsindən bıçaqla zərbələr endirib”.

Mənbə bildirib ki, Leyla Qoçəliyevanın həyat yoldaşı 5 il əvvəl vəfat edib. Nihad Qoçəliyev isə ailənin yeganə övladıdır.

Qeyd edək ki, cinayətdən dərhal sonra Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, Babək Rayon Prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Nilay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO