Təbiətdə tərs rol: Nəhəng piton başsız qaldı, "qatil" tapıldı – FOTO

Təbiətdə tərs rol: Nəhəng piton başsız qaldı, "qatil" tapıldı – FOTO

Hazırda oxunan: Təbiətdə tərs rol: Nəhəng piton başsız qaldı, "qatil" tapıldı – FOTO
252997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Floridanın Everqleyz bölgəsində tədqiqatçılar tərəfindən izlənilən 4 metrlik bir pitonun cəsədi başsız halda meşədə tapılıb.

Bizim.Media "Live Science" portalına istinadla verdiyi məlumata görə, qandonduran hadisənin sirri qısa müddət sonra açılıb - "qatil" kameraya düşüb.

Hadisə ABŞ-nin Cənub-Qərbi Florida bölgəsində qeydə alınıb. Bioloq Yan Bartoszekin rəhbərlik etdiyi tədqiqat qrupu uzun illərdir izini sürdükləri "Loki" adlı tünd pələngvari pitonun cəsədini Neapol şəhəri yaxınlığında meşədə aşkar edib.
 

Pitonun başı və boynu dişlənərək cəsəddən ayrılıb və iynəyarpaqlı ağacların budaqları altında gizlədilib. Bu isə dərhal hücumun bir yırtıcı məməli tərəfindən edildiyini göstərib.


Tədqiqatçılar hadisə yerinə müşahidə kameraları yerləşdiriblər. Ertəsi gün həmin əraziyə geri qayıdan heyvan kameralara düşüb - bu, bir vaşaq olub. Qeyd edək ki, adətən vaşaqlar pitonlara yem olurlar.

Bartoszek və komandası heyvanın davranışlarını təhlil edərək ehtimal ediblər ki, pitonun hücuma məruz qalmasında hava şəraiti də rol oynayıb.

Mütəxəssislərin sözlərinə görə, pitonlar Floridada invaziv (yad) növdür və yerli canlılar üçün böyük təhlükə yaradır. Onlar vaşaqlar da daxil olmaqla bir çox heyvana hücum edə bilirlər. Lakin bu hadisə göstərdi ki, yerli yırtıcılar da yeni şərtlərə uyğunlaşaraq özlərini qorumağa, hətta əks hücuma keçməyə qadirdirlər.

Yan Bartoszek bildirib ki, bu cür qeyri-adi hadisələr Everqleyz bölgəsində son zamanlar daha tez-tez müşahidə olunmağa başlayıb. (oxu.az)

Təbiətdə tərs rol: Nəhəng piton başsız qaldı,
Təbiətdə tərs rol: Nəhəng piton başsız qaldı,
Təbiətdə tərs rol: Nəhəng piton başsız qaldı,


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO