Fazil Mustafa: “Onları həbsxanaya doldurmaq digər məhbuslara problem yaradacaq”

Fazil Mustafa: “Onları həbsxanaya doldurmaq digər məhbuslara problem yaradacaq”

Hazırda oxunan: Fazil Mustafa: “Onları həbsxanaya doldurmaq digər məhbuslara problem yaradacaq”
250876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu günlərdə Yasamalda insanlar kamera vasitəsilə narkotik vasitələrin satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşasına kömək etdilər. Bu, çox önənmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanı narkotik faciəsindən qurtarmaq çətin olacaq. Bu yalnız polisin, xüsusi xidmət orqanlarının işi deyil”.

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, narkotik satışını həyata keçirənlərə qarşı vətəndaşlar da mübarizə aparmalıdırlar:
 

“Mən hansısa narkotik istifadəsinin də həbs olunmasının da tərəfdarı deyiləm. Müalicə mexanizmi düzgün qurulmalıdır və onlar ora göndərilməlidir. Həbsxananı bu cür kateqoriyadan olan insanlarla doldurmaq orada olan sağlam insanların da gələcəyi üçün  problem yarada bilir. Amma narkotik satışını həyata keçirən şəbəkənin çökdürülməsi üçün bütün vətəndaşlar prosesə qoşulmalıdırlar. 


Birinci növbədə məktəblərin ətrafında ola biləcək satış mərkəzlərini ifşa edib məsuliyyətə cəlb etmək vacibdir. Bu informasiya sıradan görünə bilər. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bunun satışı xüsusilə qonşu ölkələr vasitəsilə həyata keçirilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO