Bakıda 9 ədəd qaşıq udan şəxsin 55 yaşı var – TƏFƏRRÜAT

Bakıda 9 ədəd qaşıq udan şəxsin 55 yaşı var – TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda 9 ədəd qaşıq udan şəxsin 55 yaşı var – TƏFƏRRÜAT
250084
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, bir nəfərin bir neçə metal qaşıq udduğu bildirilib. Lakin xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib. Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı sakini 9 ədəd qaşıq uddu – FOTO


Məsələnin təfərrüatlarını öyrənmək üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. 

Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova Bizim.Media-ya açıqlamasında bildirib ki, 9 qaşıq udan şəxin 55 yaşı var.

Bildirilib ki, 19 may tarixində saat 01:00 radələrində Çağrı Mərkəzimizə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub. Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı olub.

Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb. Endoskopik müdaxilə 4 saat davam etmiş və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilmişdir.

Xəstəxana rəsmisi onu da əlavə edib ki, pasiyentin bu hərəkətinin onun psixi vəziyyəti ilə əlaqədar olduğu ehtimal edilir və vəziyyət təcili tibbi müdaxilə tələb edirdi.

Bakıda 9 ədəd qaşıq udan şəxsin 55 yaşı var – TƏFƏRRÜAT - foto 1
Bakıda 9 ədəd qaşıq udan şəxsin 55 yaşı var – TƏFƏRRÜAT - foto 2

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO