VİDEODAKI uşaq o imiş... - FOTO

VİDEODAKI uşaq o imiş... - FOTO

Hazırda oxunan: VİDEODAKI uşaq o imiş... - FOTO
0:00
0:00
248444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 8-də davam etdirilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, məhkəmədə işğal zamanı ermənilərin çəkdiyi videomateriallar təqdim olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərin işğalı zamanı əsirlərə işgəncələr verilməsi ilə bağlı ifadələr DİNLƏNİLDİ - FOTO


Eyni zamanda məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında zərərçəkmiş Zabil Səfərov deyib dedi ki, məhkəmədə nümayiş etdirilən videogörüntülər 1993-cü il aprelin 12-də lentə alınıb.

Videodakı azyaşlı oğlan odur. Girovluqda qaldıqları zaman çəkilib. Həmin görüntüdə azərbaycanlı girovlar ermənilərə çörək bişirir. Videonu Svetlana adlı ukraynalı jurnalist çəkib.

Ermənilər elə görüntü yaradır ki, guya girovlara yaxşı baxırlar və onları dəyişəcəklər. Əvvəlcədən də girovlara tapşırıblar ki, işgəncə barədə bir kəlmə də danışmasınlar.
 

“Ermənilər məni tanka mindirib aparanda nənəm yalvardı ki, uşağı məndən ayırmayın. Amma onlar buna məhəl qoymadı. Bundan sonra nənəmi “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada öldürdülər. Nənəmi öldürəndən sonra məni Kəlbəcərin Vəng kəndinə gətirdilər. Orada da bizə işgəncə verib, sonra rayona gətirdilər”, - deyə o bildirib.


Zabil Səfərov 1995-ci ilin noyabrında girovluqdan azad edilib.




VİDEODAKI uşaq o imiş... - FOTO - foto 1
VİDEODAKI uşaq o imiş... - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO