Mingəçevir Dövlət Universitetinin tələbələri Azərbaycanda ilk blokçeyn sertifikatlarını əldə etdilər

Mingəçevir Dövlət Universitetinin tələbələri Azərbaycanda ilk blokçeyn sertifikatlarını əldə etdilər

Hazırda oxunan: Mingəçevir Dövlət Universitetinin tələbələri Azərbaycanda ilk blokçeyn sertifikatlarını əldə etdilər
247277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

27 aprel 2025 ci il tarixində Mingəçevir Dövlət Universitetinin Biznes ve menecment kafedrasının müəllimi Müşfiq Hüseynovun təşəbbəsü ilə Marketinq ixtisasının Mq22.1 qrupunun III kurs tələbələri Murad Muradov, Nicat Kərimli, Tofiq Xudiyev, Əkbər Orucov və Siyahbər Əliyev 3 aylıq təlim proqramında iştirak edərək Azərbaycanda ilk dəfə blokçeyn sertifikatı və hədiyyələri əldə ediblər.

Bizim.Media xəbər verir ki, "Elektron ticarət” mövzusunda keçirilmiş təlim proqramında Orxan Əhmədov, Samir Mehdiyev və Fərid Məhərrəmli təlimçi kimi, Coşqun Kərimov, Həsən Həsənov, Cəfər Nəcəfov, Nigar Mehdiyeva və Toğrul Səməd isə qonaq spiker qismində qatılaraq iştirakçılara öz bilik və bacarıqlarını ötürməyə çalşıblar.
 

Təşkilati dəstək isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SİMA, Mygov.az və "Digital Azerbaijan” kimi dövlət qurumları, eyni zamanda "ecomX”, "Bonpara”, "Sup.VC”, "BRANDMAKER”, "Epoint”, "Kargomat”, "Alas Academy” və "Cibbiznes” kimi şirkətlər tərəfindən həyata keçirilib.


Fevral, mart və aprel aylarını əhatə edən 3 aylıq təlim proqramında dərslər həftədə 4 saat olmaqla onlayn formatda həyata keçirilib.

Təlim proqramını müvəffəqiyyətlə başa vuran iştirakçılar blokçeyn sertifikatı, eləcə də müxtəlif hədiyyələr əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO