Qubada qəzalı körpünün bərpasına başlanıldı

Qubada qəzalı körpünün bərpasına başlanıldı

Hazırda oxunan: Qubada qəzalı körpünün bərpasına başlanıldı
246499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"a agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, sel nəticəsində körpünün orta dayağı yuyulmuş və nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü:

"Hazırda həmin dayağın bərpası işləri icra olunur.

Bunun üçün əraziyə xüsusi texnikalar cəlb olunub. Qeyd edim ki, hadisə baş verəndə dərhal əraziyə agentliyimizin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".
 

A.Nəcəfli əlavə edib ki, hazırda sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.


Xatırladaq ki, aprelin 23-də intensiv yağıntılar nəticəsində güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəticədə Qubanın 30-dan çox kəndinə gediş-gəliş çətinləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO