Göygöldəki ağır qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

Göygöldəki ağır qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

Hazırda oxunan: Göygöldəki ağır qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR
244375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöldə iki avtomobilin toqquşması zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Ətlas İsmayılova, 2010-cu il təvəllüdlü Raya Cəfərli və 2010-cu il təvəllüdlü Seymur Pənahov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göygöl rayon xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Göygöldə iki maşın toqquşdu - Mikroavtobus aşdı


Qeyd edək ki, qəza Göygöl rayonu ərazisində, mərkəzi xəstəxananın yaxınlığında baş verib. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili ilə mikroavtobus toqquşub. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO