Marketlərdən oğurluq edənlər TUTULDU

Marketlərdən oğurluq edənlər TUTULDU

Hazırda oxunan: Marketlərdən oğurluq edənlər TUTULDU
244250
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polis Binə qəsəbəsində marketlərdən 54 min manat dəyərində naqil oğurlayan şəxsləri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində talama cinayəti qeydə alınıb.

Qabaqcadan əlbir olan naməlum şəxslər gecə saatlarında iki marketin anbarının qapısını qıraraq içəri daxil olub və oradan 54 min manat dəyərində naqil oğurlayıblar.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və əməliyyat-axtarış fəaliyyətinə başlanılıb. Nəticədə oğurluq cinayətini törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov, 23 yaşlı İbrahim Nuriyev və 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO