Bu qidalar insanı tez qocaldır – ARAŞDIRMA

Bu qidalar insanı tez qocaldır – ARAŞDIRMA

Hazırda oxunan: Bu qidalar insanı tez qocaldır – ARAŞDIRMA
243536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elmi araşdırmalara görə, hazır yeməklərin istehlakı insan orqanizmində bioloji qocalma prosesini sürətləndirir. Alimlər, qeyri-sağlam qidalanma vərdişlərinin hüceyrə səviyyəsində yaşlanma tempini artırdığını bildirirlər.

Bizim.Media xəbər verir ki, aparılan araşdırma nəticəsində məlum olub ki, meyvə-tərəvəz qəbulu az, lakin qırmızı ət, hazır yeməklər və şəkərli içkilər kimi məhsulları çox istifadə edən şəxslərdə bioloji yaş daha sürətlə artır.

Bioloji yaş insan hüceyrələrinin vəziyyətini əks etdirir və xronoloji yaşdan fərqli ola bilər.

Mütəxəssislər bildiriblər ki, bioloji yaş xəstəlik riski və həyat ömrü ilə daha sıx bağlıdır. Bu yaş, DNT-də baş verən kimyəvi dəyişiklikləri ölçən “epigenetik saatlar” vasitəsilə müəyyən olunur.
 

Araşdırma eyni genetik quruluşa malik əkizlər üzərində aparılıb. Nəticələr göstərib ki, eyni mühit şəraitində olsa belə, sağlam qidalanan fərdlərdə bioloji qocalma daha yavaş gedir. Bu isə o deməkdir ki, genetik faktorlarla yanaşı, həyat tərzi və qidalanma da qocalma prosesinə ciddi təsir göstərir.


Alimlər xüsusilə gənc yaşlardan etibarən sağlam qidalanma vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayır. Qeyri-sağlam qidalanma tərzi isə uzunmüddətli dövrdə ürək-damar xəstəlikləri, diabet və nevroloji problemlər kimi ciddi sağlamlıq risklərini artıra bilər. (Sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO