Bu bitki yuxusuzluq problemini aradan qaldırır

Bu bitki yuxusuzluq problemini aradan qaldırır

Hazırda oxunan: Bu bitki yuxusuzluq problemini aradan qaldırır
241487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnsan sağlamlığına faydalı olan qidalardan biri də nanədir. Nanə həm müalicəvi xüsusiyyətləri, həm də xoş ətri ilə tanınan bitkidir.

Bizim.Media nanənin faydalarını təqdim edir:

Nanə həzm sisteminə çox faydalıdır. Qəbizliyi və mədə köpünü azaldır. Mədə ağrılarını və qıcqırmanı yüngülləşdirir. Ürəkbulanmanın qarşısını alır.

Nanədən sinir sisteminin sakitləşdirilməsi üçün də istifadə edilir. Belə ki, nanə stress və əsəbi gərginliyi azaldır, yuxusuzluq problemini yüngülləşdirir.

Tez -tez xəstələnən, soyuqlayanlara da nanə tövsiyə olunur. Soyuqdəymə və tənəffüs yolları xəstəliklərinə faydalı olan bu bitki burun tutulmasını açır, boğaz ağrısını yüngülləşdirir. Bundan başqa, nanənin bəlğəmgətirici təsiri də var.

Nanə ağız və diş sağlamlığını da qorumağa malik bitkidir. Nanə ağız qoxusunu aradan qaldırır, antibakterial təsir göstərir.

Həmçinin, nanə yağı gicgahlara sürtüldükdə miqreni və gərginlik baş ağrısını yüngülləşdirə bilir.

Nanə antioksidantlarla zəngin olduğu üçün bədəni toksinlərdən təmizləyir.

Ağır çəkidən əziyyət çəkənlər arıqlamaq üçün nanədən istifadə edə bilərlər. Nanə maddələr mübadiləsini sürətləndirdiyi və iştahanı azaltdığı üçün arıqlamağa kömək edir.

Lakin aşağı qan təzyiqi olanlar və mədə xorasından əziyyət çəkənlər nanədən çox istifadə etməməlidirlər. Həmçinin, hamilə qadınlar və allergiyası olanlar nanəni həkim məsləhəti ilə qəbul etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO