Azərbaycanda bu nazirliklər birləşdirilə BİLƏR

Azərbaycanda bu nazirliklər birləşdirilə BİLƏR

Hazırda oxunan: Azərbaycanda bu nazirliklər birləşdirilə BİLƏR
239424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq bir aydan çoxdur, Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər postu boş qalıb. Yeni təyinatın olmaması bir sıra suallar yaradıb. Son günlər qurumun Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilə biləcəyi istiqamətində fikirlər səsləndirilir.

Bu, mümkündür? İş prinsipi baxımından nə qədər real görünür?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, sözügedən qurumların birləşdirilməsi mümkündür:
 

“Açığı, Azərbaycanda nazirlik sayı çoxdur. Fikrimcə, bəziləri ilə bağlı tədbirlər görülə bilər. Məsələn, Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti isə Maliyyə Nazirliyinin tərkibinə daxil edilməlidir. Çoxsaylı dəyişikliklərə ehtiyac var”.


Partiya sədri deyib ki, dövlət idarələrinin effektiv işləməsini təmin etmək üçün büdcəyə qənaət edilməlidir:

“Çoxsaylı nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərinin və ya publik hüquqi şəxslərin yaradılması dövlət büdcəsinə böyük zərbələr vurur. Elə komitələr var ki, onların gördüyü iş Nazirlər Kabinetinin bir şöbəsi qədər deyil. Amma adını nazirlik və ya komitə və sair qoyublar. Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO