Gəncədə 30 manata görə qətl törədən şəxsə AĞIR CƏZA

Gəncədə 30 manata görə qətl törədən şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Gəncədə 30 manata görə qətl törədən şəxsə AĞIR CƏZA
239052
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.Qeyd: 2024-cü il yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.


Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Məlumata görə, Vasif Həsənov Gəncədə kirayəyə xeyir-şər çadırı verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənovun kəsici alətlə qətlə yetirildiyi iddia edilir. (pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO