8 martın əvəzində hansı gün iş olmayacaq? – RƏSMİ MƏLUMAT

8 martın əvəzində hansı gün iş olmayacaq? – RƏSMİ MƏLUMAT

Hazırda oxunan: 8 martın əvəzində hansı gün iş olmayacaq? – RƏSMİ MƏLUMAT
238170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 martla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü olacaq.

Bizim.Media xəbər verir ki, əvəzində 10 mart tarixinin yerinə 27 mart qeyri-iş günü elan olunub.

Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir:

“İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”.
 

Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq.


Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO