Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü HƏBS EDİLDİ

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü HƏBS EDİLDİ

Hazırda oxunan: Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü HƏBS EDİLDİ
235212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş avtobus sürücüsünə hökm oxunub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Bakubus” MMC-nin sürücüsü 33 yaşlı A.Məmmədzadəyə 5 il 3 ay həbs cəzası verilib.

Məhkəmə prosesi və ibtidai istintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib.

Bildirilib ki, hadisə ötən ilin iyun ayında Binəqədi rayonu, Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönən hissəsində - piyada keçidinin üzərində baş verib.

33 saylı marşrut xəttində sürücü işləyən A.Məmmədzadə piyada xəttində Leyla Qurbanlını vurub. Bu zaman məktəbli Leylanın yanında bacısı Zəhra da olub. Onlar birgə Binəqədi rayonu ərazisindəki basketbol məktəbinə məşqə gedirmiş.

Mərhumun anası ifadəsində bildirib ki, hadisə vaxtı övladı qan içində küçədə bir neçə dəqiqə qalıb və ona heç kim yaxınlaşmayıb. Yaxınlıqda olan taksi sürücüsü Leyla və bacısını “İstanbul NS” klinikasına çatdırıb. Lakin klinikadan bildiriblər ki, lazımi ləvazimatlar olmadığı üçün xəstəyə müdaxilə edə bilməzlər.

Sonra Leylanı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü deyib ki, piyada avtobusun orta hissəsində “kor nöqtə” adlanan yerə çırpıldığı üçün onu görməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO