DİN Balakəndə əməliyyat keçirdi: 16 nəfər tutuldu – VİDEO

DİN Balakəndə əməliyyat keçirdi: 16 nəfər tutuldu – VİDEO

Hazırda oxunan: DİN Balakəndə əməliyyat keçirdi: 16 nəfər tutuldu – VİDEO
232960
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. 

Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. 
 

Keçirilən digər əməliyyatlarla Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 15 nəfər tutulub. Saxlanılanlardan İlham Muradovun yaşadığı evdən “Kalaşnikov” avtomatı, daraq və patronlar da aşkarlanıb. 


Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisindən 1 ədəd avtomat və 3 ov tüfəngi də aşkarlanıb. 



DİN Balakəndə əməliyyat keçirdi: 16 nəfər tutuldu – VİDEO - foto 1
DİN Balakəndə əməliyyat keçirdi: 16 nəfər tutuldu – VİDEO - foto 2
DİN Balakəndə əməliyyat keçirdi: 16 nəfər tutuldu – VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO