Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı

Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı

Hazırda oxunan: Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı
232733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələ rayonunun Tövlə kəndində ağır yol qəzası baş verib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 

Məlumata görə, hadisə zamanı VAZ 2106” və “VAZ 2101” markalı avtomobillər toqquşub.


Nəticədə VAZ 2106” avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin - 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.

Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və 2002-ci il təvəllüdlü sərnişini Elnur Cəbrayılov xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olararq bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı - foto 1
Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı - foto 2
Qəbələdə ağır qəza: 1 ölü, 4 yaralı - foto 3


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO