Sabiq vəzifəli şəxs CƏRİMƏLƏNDİ - Dustağa telefon aparıb

Sabiq vəzifəli şəxs CƏRİMƏLƏNDİ - Dustağa telefon aparıb

Hazırda oxunan: Sabiq vəzifəli şəxs CƏRİMƏLƏNDİ - Dustağa telefon aparıb
232321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi işləmiş şəxs saxlanılıb.

Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, sözügedən vəzifədə çalışmış, 1996-cı ildə Bakı şəhərində anadan olmuş Niyaməddin Y. barəsində Cinayət Məcəlləsinin 308.1 və 317- 1.2-ci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
 

Məlum olub ki, Niyaməddin mobil telefon və elektrik qidalandırıcını (şarj aləti) ayağındakı ayaqqabının içərisində gizlətməklə təcridxanaya keçirib. O, həmin əşyaları doqquz il həbs cəzası almış Kənan adlı dustağa verib.


2019-cu ildən ədliyyə orqanlarında qulluğa qəbul olmuş və həmin tarixdən Bakı İstintaq Təcridxanasının rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsinə təyin olunmuş Niyaməddin sözügedən əşyaları Elvin adlı qonşusunun xahişi ilə Kənana çatdırıb.

İşin üstü açıldıqdan sonra Niyaməddin vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə Niyaməddinə iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 000 manat miqdarında cərimə cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO