Həlak olan əsgər universitetə yüksək balla qəbul olubmuş... - Yeni DETALLAR/FOTO

Həlak olan əsgər universitetə yüksək balla qəbul olubmuş... - Yeni DETALLAR/FOTO

Hazırda oxunan: Həlak olan əsgər universitetə yüksək balla qəbul olubmuş... - Yeni DETALLAR/FOTO
231485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynov odlu silahdan açılmış atəş nəticəsində ölüb. 

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki,2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb. 

C.Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə marketlərdən birində çalışıb. 

Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib, onun bir bacısı olub. 

Hadisə ilə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib. 

Həlak olan əsgər universitetə yüksək balla qəbul olubmuş... - Yeni DETALLAR/FOTO - foto 1
Həlak olan əsgər universitetə yüksək balla qəbul olubmuş... - Yeni DETALLAR/FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO