Azərbaycandan ən çox hansı ölkəyə aviareys təşkil olunub?

Azərbaycandan ən çox hansı ölkəyə aviareys təşkil olunub?

Hazırda oxunan: Azərbaycandan ən çox hansı ölkəyə aviareys təşkil olunub?
229094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ildə Azərbaycandan 42 ölkəyə 26 489 aviareys təşkil olunub.

Bizim.Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7 ölkə (20 %) və 3 680 aviareys (16,1 %) çoxdur.

Ötən il Azərbaycandan ən çox Rusiyaya 7 643 reys təşkil olunub. Bu da əvvəlki ilə nisbətən 8,9 % çoxdur.


Ötən il Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil edilib. Bu ölkəyə 5 855 reys olub ki, bu da illik müqayisədə 4,1 % çoxdur.


İlk üçlüyə 3 179 reyslə (+30,3 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub.

TOP-10-luğa həmçinin Gürcüstan 2 015 (+ 19,9 %), Qazaxıstan 867 (+ 7,7%) , Səudiyyə Ərəbistanı 822 (- 10 %), Hindistan 665 ( + 2,9 dəfə), Qətər 575 (+ 44,4 %), Özbəkistan 428 (- 28 %) və Küveyt 417 (+ 8,8 %) daxil olub.

İndiyə qədər ilk 10-luqda olan Almaniya (322 aviareys, + 10,2 %) 13-cü yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.

Təkcə ötən ilin dekabrında isə Azərbaycandan həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 4,4 % artaraq 2 138 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 565 reys təşkil olunub ki, bu da illik müqayisədə 6,6 % azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO