Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏTLƏR

Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏTLƏR

Hazırda oxunan: Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏTLƏR
227807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.

Bizim.Media xəbər verir ki, Trend-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, siyahıda 4 ədəd müxtəlif hava gəmisi yer alıb.
 

Belə ki, onlardan biri buraxılış ili 2004-cü il olan "SUPER PUMA AS 332 L" hava gəmisi, buraxılış ili 2005-ci il olan iki ədəd "EUROCOPTER EC155 B1" və buraxılış ili 1992-ci il olan "Mİ-8 MTV-1" hava nəqliyyat vasitəsidir.


Hərraca çıxarılacaq helikopterlərin start qiymətinə gəlincə, "EUROCOPTER EC155 B" 1 239 000 manata, iki ədəd "EUROCOPTER EC155 B1"dən birincisi 644 000 manata, digəri 508 000 manata,

"Mİ-8 MTV-1" tipli hava gəmisi isə 600 000 min manata iştirakçılara təklif olunur.

Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20

Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏTLƏR - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO