Qəhrəman pilotumuz Aleksandr Kalyaninovun adı Ukraynada əbədiləşdiriləcək

Qəhrəman pilotumuz Aleksandr Kalyaninovun adı Ukraynada əbədiləşdiriləcək

Hazırda oxunan: Qəhrəman pilotumuz Aleksandr Kalyaninovun adı Ukraynada əbədiləşdiriləcək
227684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy "X" hesabında məlumat verib.

"Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq" , - səfir bildirib.

Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinə - Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına Azərbaycanın Milli Qəhrəmanı adını verib.

Qəhrəman pilotumuz Aleksandr Kalyaninovun adı Ukraynada əbədiləşdiriləcək - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO