Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verildi

Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verildi

Hazırda oxunan: Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verildi
227660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, qəzada həlak olan L.Bayramovanın nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO