QHT sədrləri Qarsda baş konsul Zamin Əliyevlə görüşdülər - FOTOLAR

QHT sədrləri Qarsda baş konsul Zamin Əliyevlə görüşdülər - FOTOLAR

Hazırda oxunan: QHT sədrləri Qarsda baş konsul Zamin Əliyevlə görüşdülər - FOTOLAR
226595
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir qrup Qeyri Hökumət Təşkilatı rəhbərinin qardaş Türkiyədə səfəri çərçivəsində görüşləri davam edir. 

Bizim.Media xəbər verir ki, Qeyri-Hökumət Təşkilatı rəhbərləri bu dəfə Qars şəhərində olublar. 

Səfər çərçivəsində Naxçıvan Ali Məclisin deputatı Üzeyir Məmmədov, “Xüsusi Təyinatlıların qaziləri, Şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, Birliyin sədr müavini Xəqani Əliyev,  iş adamı İsmayıl Allahverdiyev Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev tərəfindən qəbul ediliblər.

Görüşdə konsul Zamin Əliyev Türkiyə və Azərbaycanın dostluq, qardaşlıq əlaqələrindən danışaraq Qeyri Hökumət Təşkilatlarının rəhbərlərinin bu səfərini yüksək dəyərləndirib

Qəbula görə baş konsul Zamin Əliyevə öz təşəkkürünü bildirən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Qars və İğdırın Azərbaycanın şəhərləri ilə dostlaşmasını qeyd edib. Görüşdən sonra konsulluğun binasında olan xatirə stendi ziyarət edilib, xatirə fotoları çəkilib.

QHT sədrləri Qarsda baş konsul Zamin Əliyevlə görüşdülər - FOTOLAR - foto 1
QHT sədrləri Qarsda baş konsul Zamin Əliyevlə görüşdülər - FOTOLAR - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO