Bakıda avtomobillərdən oğurluq edən şəxs SAXLANILDI

Bakıda avtomobillərdən oğurluq edən şəxs SAXLANILDI

Hazırda oxunan: Bakıda avtomobillərdən oğurluq edən şəxs SAXLANILDI
226321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səbail rayonunda 2 avtomobildən oğurluq barədə polisə məlumatlar daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN)məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Badamdar qəsəbəsi ərazisində “VAZ-2107” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul, bank kartı və sənədlər olan pulqabıların oğurlanması məlum olub.
 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Təhməzli saxlanılıb.


Onun dekabrın 18-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində “Volkswagen” və “Mercedes” markalı iki avtomobildən 4650 manat pul və bank kartları oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO