İctimai nəqliyyatda QR kodla ödənişin müddəti niyə azaldılıb? – RƏSMİ AÇIQLAMA

İctimai nəqliyyatda QR kodla ödənişin müddəti niyə azaldılıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İctimai nəqliyyatda QR kodla ödənişin müddəti niyə azaldılıb? – RƏSMİ AÇIQLAMA
225898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə aydır “Bakıkart” tətbiqi işləmir. Sərnişinlər m10 elektron pulqabının “BakıKART” ilə əməkdaşlığı çərçivəsində Bakı və Abşeronun metro və avtobuslarında QR kod ilə ödəniş edə bilirlər. Lakin tətbiqdə gediş biletinin aktivolma müddəti beş dəqiqədən bir dəqiqəyə endirilib. Hazırda metro və avtobuslardakı sıxlığı nəzərə alsaq, avtobusa minmə halları bir dəqiqədən çox çəkə bilir və bu zaman biletin müddəti bitir. Bileti öncədən aktiv etmiş şəxslər ödənişi itirməmək üçün ictimai nəqliyyata sürətlə minməyə cəhd edirlər ki, bu da sıxlıq yaradır.

Bəs müddətin endirilməsinə səbəb nədir?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva deyib ki, hazlrda təkmilləşdirmə işləri aparılır:

“Təkmilləşdirmə işləri yeni problemlərin yaranmaması, insanların çətinlik çəkməməsi üçün aparılır. Bəzi xoşagəlməz hallar oldu, onun qarşısını almaq üçün bunu eləmişik. “Bakıkart”-ın özündə problemin olması da bizə əlavə çətinlik yaradır. Təkmilləşdirmədən sonra hər şey əvvəlki qaydasına dönəcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO