Azərbaycanda üç yeni yerüstü piyada keçidi tikilir – SİYAHI

Azərbaycanda üç yeni yerüstü piyada keçidi tikilir – SİYAHI

Hazırda oxunan: Azərbaycanda üç yeni yerüstü piyada keçidi tikilir – SİYAHI
224783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərinin zəruri ərazilərində, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə cari il ərzində də bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bakı şəhəri üzrə:

1. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də (Binə qəsəbəsi);

2. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 8-ci km-də (Şağan qəsəbəsi);

3. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi);

4. Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində;

5. Ziya Bünyadov prospektinin X.R.Ulutürk küçəsi ilə kəsişməsində;

6. Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında.

Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:

1. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də;

2. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də

3. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262,5-ci km-də;

4. M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 26,5-ci km-də;

5. M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 35,6-cı km-də.

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə bir-neçə ərazidə isə piyada keçidlərinin inşası davam etdirilərək yekunlaşdırılır:

1. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də;

2. M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-ci km-də (Sabirabad rayonu ərazisində);

3. R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO