Gömrük Komitəsi bayram günü də işləyəcək - RƏSMİ

Gömrük Komitəsi bayram günü də işləyəcək - RƏSMİ

Hazırda oxunan: Gömrük Komitəsi bayram günü də işləyəcək - RƏSMİ
22459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

28 May-Respublika Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsi gündəlik iş rejimində fəaliyyət göstərəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömək Komitəsinin mətbuat katibi Natiq Axundov bildirib.

Onun sözlərinə görə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Qurum rəsmisi əlavə edib ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO