Azərbaycandan Rusiyaya aparılan almaların içində külli miqdarda narkotik tapıldı – FOTO

Azərbaycandan Rusiyaya aparılan almaların içində külli miqdarda narkotik tapıldı – FOTO

Hazırda oxunan: Azərbaycandan Rusiyaya aparılan almaların içində külli miqdarda narkotik tapıldı – FOTO
223321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. 

Bu barədə Bizim.Media-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. 

Bildirilib ki, nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlamaya cəlb edilib. 
 

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən 12 paletin altlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105 bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub. 


Faktla bağlı araşdırma aparılır. 

Azərbaycandan Rusiyaya aparılan almaların içində külli miqdarda narkotik tapıldı – FOTO - foto 1
Azərbaycandan Rusiyaya aparılan almaların içində külli miqdarda narkotik tapıldı – FOTO - foto 2
Azərbaycandan Rusiyaya aparılan almaların içində külli miqdarda narkotik tapıldı – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO