Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Hazırda oxunan: Cəlilabadda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
222852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda minik avtomobili qəzaya uğrayıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunda, Cəlilabad rayonunun Maşlıq kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO