Antalyada yanan təyyarədəki sərnişinləri azərbaycanlı xilas edib - FOTO

Antalyada yanan təyyarədəki sərnişinləri azərbaycanlı xilas edib - FOTO

Hazırda oxunan: Antalyada yanan təyyarədəki sərnişinləri azərbaycanlı xilas edib - FOTO
222626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Antalya şəhərində yanan Rusiya təyyarəsinin sərnişinlərini azərbaycanlı xilas edib.

Bizim.Media xəbər verir ki, “Azimut” aviaşirkətinə məxsus sərnişin təyyarəsi noyabrın 24-də Türkiyənin Antalya şəhərində eniş edərkən alovlanıb.

Krasnodar sakini, azərbaycanlı Sultan Sultanov sərnişinləri xilas etməyə kömək edib. O, eyni reyslə uçurmuş və yanğın başlayandan sonra gənc stüardessanın təşviş içində olduğunu, təcili çıxışı aça bilmədiyini görüb. Sultan qapını açmağa kömək edib və ekipaj üzvləri ilə birlikdə uşaqları və böyükləri yanan təyyarədən çıxarıb.

“Əsl cəsarət nümunəsidir və adi bir insanın necə qəhrəman ola biləcəyi və öz həyatını riskə ataraq başqalarının həyatını xilas edə biləcəyini göstərdi. Sultanın nəcib hərəkətini qeyd etmək təklifi ilə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə müraciət etdik. Dövlət Duması adından ona cəsarətli hərəkətinə görə hörmət və minnətdarlıq əlaməti olaraq təşəkkür məktubu göndərəcəyik. Mən onun əlini sıxıram”, – deyə Dövlət Dumasının Nəzarət Komitəsi sədrinin birinci müavini Dmitri Qusev “VKontakte” səhifəsində yazıb.

Antalyada yanan təyyarədəki sərnişinləri azərbaycanlı xilas edib - FOTO - foto 1
Antalyada yanan təyyarədəki sərnişinləri azərbaycanlı xilas edib - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO