"Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq" - İlham Əliyev

Hazırda oxunan: "Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq" - İlham Əliyev

220843
Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.
xa0
Moderator.az-ın məlumatına görə, dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib.
xa0
Prezident İlham Əliyev qeyd edib ki, ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib: “Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı torpaqlarımızda bayraqlarımız dalğalanacaq”.
xa0
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrdən biridir : “Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO