Şəki Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Katıf Gülməmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Sözügedən apellyasiya şikayətinə məhkəmə kollegiyası iclasında baxılan zaman Katıf Gülməmmədli ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirib və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edib.
Qərara əsasən, onun apellyasiya şikayətindən imtinа etməsi qəbul olunub. Təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayətinə bаxılmаsınа xitаm verilib.
İttihama görə, hadisə 2023-cü ildə mayın 4-də, günorta saatlarında Şəki rayonunun İnçə kəndində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, Katıf Gülməmmədli özünə məxsus hərbi biletini axtarmaq məqsədilə əvvəllər atası ilə birlikdə yaşadığı evə gəlib. Həyət qapısının bağlı olması səbəbindən o, hasarı aşaraq həyətə daxil olub, daha sonra isə evin birinci və ikinci mərtəbəsində yerləşən otaqların qapı və pəncərələrini sındıraraq içəri keçib.
Aparılan axtarış zamanı hərbi biletini tapa bilməyən təqsirləndirilən şəxs evin mətbəxi kimi istifadə olunan otağına keçərək soyuducuda olan iki ədəd yumurtanı götürüb və onları bişirmək istəyib.
Bu zaman evə daxil olan atası İsmayıl Gülüyev onun bu hərəkətinə etiraz edib. Tərəflər arasında əvvəllər də mövcud olmuş gərgin münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman ata oğluna irad bildirərək onun, bacısının və mərhum anasının ünvanına nalayiq ifadələr işlədib, həmçinin fiziki təsir göstərərək oğlunu evdən çıxarmağa çalışıb. Bu vəziyyətdən hiddətlənən Katıf atasının əvvəllər ona qarşı qeyri-insani rəftar göstərməsi və bir neçə il əvvəl bıçaqla xəsarət yetirməsini əsas gətirərək qisas niyyəti ilə onu öldürmək qərarına gəlib.
İstintaq materiallarına görə, mübahisə zamanı təqsirləndirilən şəxs atasının boğaz nahiyəsindən hər iki əli ilə tutaraq sıxıb.
Nəticədə zərərçəkmiş şəxs boyun nahiyəsində ciddi daxili xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, boyun üzvlərinin sıxılması nəticəsində yaranmış mexaniki asfiksiya – yəni boğulma səbəbindən o, hadisə yerində vəfat edib.
Hadisədən sonra Katıf atasının öldüyünə əmin olduqdan sonra meyitin yerini dəyişərək onu otaqda yerləşən taxta dolaba tərəf itələyib. Daha sonra isə hadisənin guya təbii ölüm kimi təqdim edilməsi məqsədilə meyitin ilkin vəziyyətini dəyişərək onu otağın mərkəzində döşəməyə, paltarların üzərinə uzadıb, üzərindəki geyim və ayaqqabılarını çıxarıb.
Bundan sonra təqsirləndirilən şəxs hadisə yerini tərk edib.
Mayın 12-də İsmayıl Gülüyevin meyiti yaşadığı ünvanda aşkar edilib.
Məlumata görə, Katıf Gülməmmədli atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satıb.
Daha sonra o, tutularaq istintaqa təhvil verilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddәtә azadlıqdan mәhrumetmә cәzası tәyin olunub.
Kamran bildirib ki, sonradan hadisə yerindən ayrılaraq parkda olan şahidlərlə əlaqə saxlayıb və zərərçəkmişin xəstəxanaya aparıldığını öyrənib. O, özü də xəstəxanaya getmək istədiyini, lakin yolda Post-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıldığını deyib.
Kamranın sözlərinə görə, polis əməkdaşlarına zərərçəkmişi bıçaqladığını özü etiraf edib və xəstəxanaya gedərək vəziyyəti öyrənmək istədiyini bildirib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:43 / 06.08.2026
Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR
Hazırda oxunan: Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR
Hazırda oxunan: Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR
629588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































