"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Hazırda oxunan: "Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

629586

"Google" şirkəti 2026-cı il sentyabrın 4-dən etibarən mobil cihazlarda "Google Assistant" xidmətinin fəaliyyətini mərhələli şəkildə dayandırmağa və onu "Gemini" süni intellekt köməkçisi ilə əvəz etməyə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə korporasiya tərəfindən istifadəçilərə göndərildiyi iddia olunan və sosial şəbəkələrdə paylaşılan elektron məktublarda bildirilib.

Bildirişə əsasən, sentyabrın 4-dən sonra bütün istifadəçilər üçün "Google Assistant"ın tamamilə ləğv edilməsi prosesi bir neçə həftə davam edəcək.
 

Bu müddət başa çatdıqdan sonra xidmətdən nə əsas mobil cihazda, nə planşetdə, nə də digər qoşulmuş qacetlərdə istifadə etmək mümkün olacaq. Köməkçini "Salam, Google" ifadəsi ilə çağırdıqda isə artıq birbaşa "Gemini" proqramı işə düşəcək.


"Google Assistant"ın "Gemini" ilə əvəzlənməsi üçün istifadəçinin "Android" cihazı minimum sistem tələblərinə cavab verməli və yeni xidmət müvafiq coğrafi regionda əlçatan olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO