Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Hazırda oxunan: Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi
629606
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin tabeliyindəki 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.

Bu barədə Bizim.Media-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, bunlar Nəsimi rayonundakı 355, 357 və Səbail rayonundakı 356 nömrəli körpələr evi-uşaq bağçalarıdır.

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, qeyd olunan bağçalarda qrupların komplektləşdirilməsinə dəstək məqsədilə qeydiyyat prosesi elektron sistem üzərindən davam etdirilir. Valideynlər hər üç bağça üzrə bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Bununla yanaşı, məktəbəqədər təhsil üzrə xidmət keyfiyyətinin yüksəldilməsi və müəssisələrdə çalışan heyətin peşəkarlığının artırılması prioritet istiqamətlərdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO